Ağalarov Rusiya ilə razılığa gələ bilmir

20 Sentyabr 2015 15:59 (UTC+04:00)

AzNews.az-ın Anspress-ə istinadən məlumatına görə 2018-ci ildə baş tutacaq futbol üzrə dünya çempionatı üçün nəzərdə tutulan Kalininqraddaki stadionun tikintisi ləngiyir.

Buna səbəb stadionu tikən "Crocus Group" şirkətinin rəhbəri məşhur azərbaycanlı prezident Araz Ağalarovun hökümətlə razılğa gələ bilməməsidir. Bunu Rusiya Federasiyasının (RF) idman naziri Vitali Mutko bildirib. Mutko maliyyə suallarından başqa stadionun tikintisinə dair bütün məsələlərin həll olunduğunu deyir. "Kalininqradda stadionun tutumunu məhdudlaşdırmağa qərar verdik, artıq tikinti şirkəti seçilib, layihə tərtib olunub, amma tikintiyə başlanılmayıb, çünkü ödəniləcək məbləğin həcmini müəyyənləşdirə bilmirik".


Vitali Mutko - RF-nin idman naziri

2018-ci il futbol üzrə dünya çempionatı üçün nəzərdə tutulan stadionun tikintisinə "Oktyabrski" adasında sentyabrın 11-də start verilsədə, bu günə qədər Kalininqrad stadionunun layihəsinə dair dövlət ekspertizasının başa çatması haqda məlumat verilməyib, halbuki ekspertizanın başa çatması bu ilin iyunda planlaşdırılırdı.

Baş verənləri şərh edən idman naziri Vitali Mutko əvvəlcə ekspertizadan yalnız stadionun texniki hissəsinin keçirildiyini, daha sonra texniki hissənin hələ ekspertizada, tikinti qiymətinin isə müzakirə olunduğunu bildirib. Eyni zamanda "Oktyabrski" adasının ərazisinin abadlaşdırılmasına artıq 2 milyard rubl ( 30,5 milyon ABŞ dollar- red.) sərf edilib.


"Oktyabrski" adasının planı

Kalininqraddaki stadionun tikintisi 17,5 milyard rubl (2,6 milyard ABŞ dolları ) dəyərində qiymətləndirirlir.

Öz növbəsində layihənin icrası ilə məşğul olan "Crocus Group" şirkətinin rəhbəri Araz Ağalarov bildirib ki, əgər ekspertiza nəticəsində həmin qiymət təstiqlənməsə şirkət bu layihədən imtina edəcək və "Crocus Group"dan başqa bu arenanı heç kəs tikə bilməyəcək.

Bu haqda iş adamı RBK-ya müsahibəsində deyib. "Əgər biz Kalininqradda stadion tikməsək, çətin ki bunu başqa şirkət etsin. Vaxt çox azdır, 2,5 il zamanımız var, stadionu isə bataqlıq üzərində tikmək lazımdır".

Kalininqradda stadionun tikilməsinə dair "Crocus Group"la müqavilə açıqlanmayıb.

Stadionun tikintisi 2017-ci ilin noyabrında sona çatmalıdır.



Kalininqradda tikintisi planlaşdırılan stadion

Rusiyanın ən zəngin Azərbaycanlılarından hesab edilən iş adamı Araz Ağalarov "Crocus" və "Tvoy dom" ticarət-sərgi mərkəzlərinin sahibidir.
Son bir neçə il ərzində Ağalarov Rusiyanın nəhəng infrastruktur layihələrinin icrasında iştirak edib. Onun hesabında 1,1 milyard ABŞ dollarına başa gələn Rusiyanın Uzaq şərq universitetinin binasının tikintisi var.

2018-ci il futbol üzrə dünya çepmionatı üçün Rostov-na-Donu və Kalininqradda nəzərdə tutulan 2 stadionun tikintisini də Ağalarova məxsus "Crocus Group" şirkəti öz üzərinə götürüb.

2018-ci ildə Futbol üzrə dünya çempionatı Rusiyada iyunun 14-dən iyulun 15-dək davam edəcək. Rusiya tarixində ilk dəfə mundiala ev sahibliyi edəcək, bundan əlavə bu çempionat Şərqi Avropada və postsovet məkanında keçiriləcək. Çempionatın keçirilməsi Rusiyanın 11 şəhərinin 12 stadionunda planlaşdırılır.