Yaşayış binasında yanğın - 30 nəfər təxliyyə olundu

20 Sentyabr 2015 16:13 (UTC+04:00)

AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, hər mərtəbəsi 600 kv.m olan yeddimərtəbəli binanın dam örtüyünün yanar konstruksiyaları 80 kv.m sahədə yanmışdır.

Yanğın zamanı yuxarı mərtəbələrdən 30 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə olunmuşdur. Binanın dam örtüyünün qalan hissəsi və 7-ci mərtəbədə yerləşən otaqlar yanğından mühafizə olunmuşdur.

Yanğın saat 06:45-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.