18 polis aksiyada yaralandı

23 Oktyabr 2012 05:26 (UTC+04:00)
Kosovada kütləvi etiraz aksiyaları təşkil olunub. AzNews.az-ın Qərb mətbuatına istinadən verdiyi xəbərə görə, aksiyaçılar parlament binasına hücuma cəhd etdikləri zaman polislə ciddi qarşıdurma yaranıb.

Aksiyada 18 polis əməkdaşı yaralanıb. Verilən məlumata görə, aksiyaçılar Kosova hökumətinin Serbiya ilə apardığı danışıqlara etiraz ediblər. 60 aksiyaçının polis tərəfindən saxlanıldığı bildirilir.

Sadiq Musa
AzNews.az