Miqrantların qayığı gəmiylə toqquşdu: onlarla ölü

21 Sentyabr 2015 11:15 (UTC+04:00)

Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, içində 46 miqrantın olduğu qayıq toqquşma nəticəsində batıb.

Qəzada 4-ü uşaq olmaqla 13 nəfərin cəsədi dənizdən çıxarılıb. 20 nəfər xilas edilib, daha 13 nəfərin isə itkin düşdüyü deyilir.