İcra başçısı xanım şöbə müdirini işdən çıxardı

21 Sentyabr 2015 11:40 (UTC+04:00)

AzNews.az AzVision.az-a istinadən xəbər verir ki, Nuridə Allahyarova işdən çıxarılması ilə bağlı fikirlərini bölüşüb:

"Əziz dostlar, son bir həftədə ünvanladığınız sualları artıq cavablandırmaq səlahiyyətində olmadığım üçün Facebookun imkanlarından yararlanmaq istədim. Artıq Binəqədi RİH-də çalışmadığımı və işdən ayrıldığımı yazmaq qərarına gəldim ki, müəyyən məsələlərlə bağlı sualları qurumun aidiyyatı şöbəsinə və səlahiyyətlilərinə ünvanlayasınız. Qurumda çalışdığım müddətdə tanıdığım bütün dostları qazancım hesab edirəm. Hamınıza sonsuz təşəkkürlər!".