Xalq şairi gələn həftə Almaniyaya gedir

21 Sentyabr 2015 12:08 (UTC+04:00)

Bu barədə AzNews.az-a şairin özü məlumat verib. Z.Yaqub bildirib ki, uzun müddətdir səhhətində problem olduğu üçün 1 həftəyə Almaniyaya gedəcək: "Hazırda səhhətim yaxşıdır. Özümü normal hiss edirəm. Amma həkimlər yenidən Almaniyaya getməyimi məsləhət gördülər".

Qeyd edək ki, bu yaxınlarda Zəlimxan Yaqubun səhhəti pisləşdiyi üçün 4 gün xəstəxanada yatıb. Hazırda isə müalicəsini ev şəraitində davam etdirir.

Sevinc Yasinqızı
AzNews.az