Rəqibi İqbal Ağazadəyə meydan oxudu: “Qalib mən olacağam”

21 Sentyabr 2015 14:43 (UTC+04:00)

Bunu AzNews.az-a açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə deyib. Bildirib ki, bu ilki parlament seçkilərinə böyük ümidlə qatılıb: "Mən rəqiblərimə hörmətlə yanaşıram. Amma hesab edirəm ki, mən onlara qalib gələcəyəm".

A.Əlizadə qeyd edib ki, sentyabrın 19-da 35 saylı Xətai üçüncü seçki dairə seçki komissiyasından imza vərəqələrini götürub: "Hazırda imzayığımı kampaniyası başlanılıb. Yaxın günlərdə bu kampaniya da uğurla başa çatacaq".

Xatırladaq ki, A.Əlizadə 35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizəd Ümid partiyasının sədri İqbal Ağazadə ilə rəqibdir. Yeni Azərbaycan Partiyasının isə sözü gedən dairədən namizədi Ağrılı Aliyə Reyman qızıdır.

Bahar RÜSTƏMLİ
AzNews.az