Daha bir məktəbli intihar etdi

23 Oktyabr 2012 05:47 (UTC+04:00)
Oktyabrın 22-də Bakı şəhərinin Nizami rayonu ərazisində intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Keşlə qəsəbəsi, Maarif küçəsi 96 ünvanında 1996-cı il təvəllüdlü Hacıyeva Nigar Rauf qızı intihar edib.

16 yaşlı qız evin girişindəki talvardan özünü asıb. Onun intihar səbəbləri hələlik məlum deyil. Qeyd edək ki, özünü öldürmüş N.Hacıyeva orta məktəbin 11-ci sinif şagirdi olub. Fakt üzrə cinayət işi başlanılıb.

AzNews.az