MSK sədri AŞPA müşahidə missiyasının üzvlərilə görüşdü

21 Sentyabr 2015 17:41 (UTC+04:00)


MSK-dan AzNews.az-a verilən məlumata görə M.Pənahov rəhbərlik etdiyi qurumun nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən Avropa Şurası və onun müxtəlif qurumları ilə çoxillik əlaqələrinə önəm verdiyini bildirib, seçkilərlə bağlı müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini diqqətə çatdırıb. AŞPA nümayəndə heyətinin rəhbəri Xordi Şukla və qonaqlar bu il Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkilərə hazırlıqla bağlı görülmüş işlərlə maraqlanıb.

Nümayəndə heyətinin suallarını cavablandıran Komissiya sədri vətəndaşların aktiv və passiv seçki hüquqlarının daha səmərəli təmin olunması üçün beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində həyata keçirilmiş tədbirlər, atılmış addımlar və nəzərdə tutulan layihələr barədə ətraflı məlumat verib.

Sevinc Yasinqızı
AzNews.az