İki avtomobil toqquşdu - 7 yaralı (Yeniləndi)

21 Sentyabr 2015 19:41 (UTC+04:00)

AzNews.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Ağstafa rayon Qırlı kənd sakini, 1994-ci il təvəllüdlü Tural Abbasovun idarə etdiyi "Ford Tranzit" markalı avtomobillə Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Sərxan Muxtarovun idarə etdiyi "Nissan X-Trail" markalı avtomobil toqquşub.

Nəticədə sürücülər və sərnişinlər - 1995-ci il təvəllüdlü Turan Abbasov, 1998-ci il təvəllüdlü Kənan Umarov, 1962-ci il təvəllüdlü Qərənfil Muxtarova,1992-ci il təvəllüdlü Əminə Şahquliyeva, 1961-ci il təvəllüdlü Telman Muxtarov müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar Ağstafa Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. Oradan 4 yaralı Qazax Diaqnostika Mərkəzinə, bir nəfər T. Muxtarov Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib, ii nəfər isə ambulator müalicəyə evə buraxılıb.

Məlumata görə, "Ford"da olanlar Ağstafadan Bakıya toyuna gedənlər olub.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

***
19:13

AzNews.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə yolun Ağstafa rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

"Ford" markalı avtomobillə "Nissan" markalı avtomobilin toqquşması nəticəsində 7 nəfər müxtəlif bədən xəsarətləri alıb. Yaralılar dərhal Ağstafa Mərkəzi Rayon Xəstəxanasına oradan isə Qazax Diaqnostika Mərkəzinə və Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar. Məlumata görə "Ford"da olanlar Ağstafadan toydan qayıdırmışlar.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.