Əziz Rzazadənin “Şəbəkə” romanı çıxdı

23 Oktyabr 2012 05:56 (UTC+04:00)
Yazıçı-jurnalist Əziz Rzazadənin ilk romanı işıq üzü gördü. "Şəbəkə" adlanan kitab işinin qulu olan peşəkar tərcüməçinin həyat hekayətidir. "Ömrünü hisslərin buxovunda keçirmiş insan. Uğursuz eşqinin qisasını alan evli kişi.

Naməlum, İstəkli və Arzulanan qadın axtarışı ilə şəhvətpərəstə dönmüş daşürəkli, həm də istedadlı əclaf. Vicdan, dostluq, mərhəmət və səmimilik kimi anlayışları tapdamış bu insan yalnız gerçək eşqlə üzləşdikdə insani simasına geri qaytarmağa başlayır.

Həqiqətə doğru yürüşdə o, öz uydurmasının, yalanının qurbanı olur və tarixin saxta qəhrəmanlarından birinə çevrilir", – deyə kitabın annotasiyasında roman haqqında qeyd olunur.

"Qanun Nəşriyyatı"nda çap edilmiş "Şəbəkə"nin bədii redaktoru Mehman Cavadoğludur.

Azər Azəri
AzNews.az