Bakıda qarpız satan şəxsi polis saxladı - İlginc səbəb

21 Sentyabr 2015 21:25 (UTC+04:00)

Hadisənin səbəbi isə çox ilgincdir.

AzNews.az-ın musavat.com-a istinadən məlumatına görə, satıcının orta yaşlı alıcı xanıma "Sabirabad qarpızı, Kürdəmir yemişi" deməsi onun saxlanmasına səbəb olub.

Qadın satıcının bu sözündən hirslənib. Məlum olub ki, qadın kürdəmirlidir. Alıcı qadın düşünüb ki, satıcı bunu bilərəkdən deyib. Daha sonra tərəflər arasında mübahisə yaranıb.

Yaxınlıqda olan PPX əməkdaşları qadına deyiblər ki, "şikayətçi ol, aparaq". Qadın da şikayətçi olduğunu bildirib. PPX maşınına mindirilən qadın və satıcı Sabunçu Rayon polis idarəsinə aparılıblar.