Azərbaycan şəhərində - Erməni yazısı

21 Sentyabr 2015 22:11 (UTC+04:00)

AzNews.az-ın Anspress-ə istinadən məlumatına görə, plakatlara həmin dillərdə "xoş gəldiniz" və "gülə-gülə" sözləri yazılıb.

Bu barədə Türkiyə Azərbaycan Dərnəkləri Dostluq Federasiyası İqdır Azərbaycan Evi Dərnəyinin rəhbəri Sərdar Ünsal məlumat verib. Plakatlara ermənicə sözlərin yazılmasına etiraz edən S.Ünsal Türkiyədə ermənilərə heyranların artmasından narahatlıq bildirib: "Təəssüflər olsun ki, bu heyranlıq İqdıra, Tuzluca rayonuna qədər uzanıb. Bələdiyyə başçısının dörd dildə "xoş gəldiniz" yazısının içinə ermənicəni qatması anlaşılan deyil. Hörmətli bələdiyyə başçısı çox yaxşı bilir ki, İqdıra erməni turist gəlmir və indiyə kimi heç gəlməyib. İqdıra ən çox gələn turist azərbaycanlılar və iranlılardır. Ona görə də plakatlara ermənicə yerinə farsca yaza bilərdi".


Sərdar Ünsal - İqdır Azərbaycan Evi Dərnəyinin rəhbəri

S.Ünsal xatırladır ki, ermənilər tərəfindən 1915-20-ci illər arasında Şərqi Anadolu bölgəsində törədilən qətliamlardan Tuzluca qəsəbəsi, Gedikli, Mollakamer, Güllücə kəndləri də ziyan görüb: "Tuzluca erməni vəhşətinin ən şiddətlisini yaşayıb. Erməni quldurları 1915-20-ci illərdə Tuzlucadakı insanları sırf müsəlman olduqları üçün qətlə yetiriblər. Tuzlucada ermənicə yazı şəhidlərimizin sümüklərini sızladır. Belə hal erməni zülmlərinin canlı şahidi olan, yaxınları erməni quldurları tərəfindən qətlə yetirilən Telli Can nənənin, eləcə də Dağlıq Qarabağda, Xocalıda qətlə yetirilən şəhidlərin sümüklərini sızlatmaqdadır".

Əhalisinin böyük əksəriyyəti azərbaycanlı olan İqdır tarixi Azərbaycan torpağıdır. Naxçıvan, Ermənistan Respublikası və İran ilə həmsərhəddə yerləşir. Adı 24 oğuz tayfasının birindən götürülmüş İqdırın əsası 640-cı ildə qoyulub. Uçoqlara aid İqdır boyu Oğuz xaqanın oğlu Dəniz xanın törəməsi sayılır. Şəhər rus işğalına qədər İrəvan xanlığına tabe olub. İqdır daha sonra İrəvan quberniyasının tərkibində olub. Qərbi Azərbaycanın bir hissəsi olan İqdır 1920-ci ildə Türkiyəyə birləşdirilib.

Bu yaxınlarda "Hrant Dink" Fondunun rəhbərliyi İqdır bələdiyyəsinin sədri ilə gizli görüş keçirib. Görüşdə Türkiyə-Ermənistan sərhədinin açılamsı müzakirə edilib.

İğdır bələdiyyəsinin sədri HDP-dən olan Murat Yikitdir.





Tuzluca rayonunun giriş-çıxışında erməni dillərində plakat