Əbülfəs Qarayev Moskvaya niyə gedib?

23 Oktyabr 2012 06:14 (UTC+04:00)
Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Rusiya Federasiyasında rəsmi səfərdədir. Nazirlikdən verilən məlumata görə, oktyabrın 22-23-də Ə.Qarayev ilə Rusiya Federasiyasının Mədəniyyət nazirinin müavini Alla Yuriyevna arasında görüş keçirilib.

Görüş zamanı Rusiya ilə Azərbaycan arasında mədəniyyət sahəsində əməkdaşlıq məsələləri müzakirə olunmuş, əsrlərə söykənən dostluq münasibətləri yüksək qiymətləndirilib.

Daha sonra "Mədəniyyət və Turizm Nazirliyi ilə Rusiya Federasiyası Mədəniyyət Nazirliyi arasında 2012-2013-cü illər üzrə Mədəniyyət sahəsində Əməkdaşlıq Proqramı"nın imzalanma mərasimi keçirilib.

Səfər çərçivəsində nazir Ə.Qarayevin Rusiya Federasiyasının Mədəniyyət naziri V.R.Medinskiy ilə də görüşü nəzərdə tutulub.

Bahar Rüstəmli
AzNews.az