Britaniya silah arsenalını artırır

23 Oktyabr 2012 06:16 (UTC+04:00)
Britaniya hərbi hava qüvvələri arsenalını gücləndirməyə başlayıb. AzNews.az-ın qərb mətbuatına istinadən verdiyi xəbərə görə, Britaniya hərbi hava qüvvələri ABŞ-dan 5 ədəd "Riper" pilotsuz təyyarə alıb.

Sırf pilotsuz qırıcı təyyarələr hesab edilən "Riper" lərin Əfqanıstanda istifadə olunacağı bildirilir. Qeyd edək ki, Britaniya bundan əvvəl də ABŞ-dan 5 ədəd eyni adlı pilotsuz qırıcı təyyarə almışdı.

Sadiq Musa
AzNews.az