Azərbaycan-London Kino Festivalı keçiriləcək

23 Oktyabr 2012 06:23 (UTC+04:00)
Böyük Britaniya və London şəhərində Azərbaycan Mədəniyyətlərarası Cəmiyyəti, Avropa Azərbaycan Cəmiyyəti və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə ənənəvi Azərbaycan-London Kino Festivalı keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, festivalın açılış mərasimində britaniyalı kinosevərlərə Azərbaycanın bədii və sənədli filmləri təqdim olunacaq. Müasir dövrdə ölkəmizdə ən son lentə alınmış filmlərin "Shortwave cinema" kinoteatrında, Afrika və Şərqşünaslıq məktəbində və London Universitetində nümayiş etdirilməsi nəzərdə tutulub.

Tədbir çərçivəsində Londonda yaşayan gənc azərbaycanlı rəssam Nailə Zülfüqarovanın sərgisi də keçiriləcək.

Qeyd edək ki, festival noyabrın 1-dən 4-ə kimi davam edəcək.

Bahar Rüstəmli
AzNews.az