“Avropa nailiyyətlərini İslam dininə borcludur”- Novruz Məmmədov

22 Sentyabr 2015 15:23 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu fikirləri Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov "Twitter" səhifəsində yazıb.O, Avropada bu həqiqətlə bağlı susduqlarını bildirib: "İslam dininin yaranması və o dövrdən keçən bir neçə yüz ili əhatə edən hadisələri öyrəndikdən sonra qərara gəldim ki, Avropa öz Renessansı üçün İslam dininə və bir – neçə yüz il onun sayəsində bütün sahələrdə qazanılan nailiyyətlərə borcludur. Təəssüf ki, Avropada bu həqiqətlə bağlı susmağa üstünlük verirlər".

AzNews.az