Nazir Fikrət Qocaya “Şərəf” ordenini təqdim etdi - FOTO

22 Sentyabr 2015 22:56 (UTC+04:00)

AzNews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, tədbirdə çıxış edən Baş nazirinin müavini, Xalq Yazıçısı Elçin Əfəndiyev Fikrət Qocaya "Şərəf" ordeninin verilməsinin şairin oxucuları tərəfindən böyük sevinc hissi ilə qarşılandığını bildirib.

Mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev prezident İlham Əliyevin təbriklərini və "Şərəf" ordenini Fikrət Qocaya təqdim edib.

Şairin qələm dostları Xalq Yazıçısı Anar, Xalq Şairi Zəlimxan Yaqub da Fikrət Qocanı təbrik ediblər.