Hollivud ulduzu yenidən Bakıya gələcək

22 Sentyabr 2015 23:19 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bunu Anspress-ə Azərbaycan Aikido Federasiyasından bildirdilər.

Federasiyadan dedilər ki, ölkə başçısı İlham Əliyevin təklifi ilə Bakıya gələn aktyor noyabrda ölkəmizə yenidən səfər edəcək və burada aikido təlimləri verəcək.

Dünən səhər saat 11 radələrində "Baku Krystal Hall"da Azərbaycan Aykido Federasiyasının idmançıları və məşqçi heyəti ilə görüşən Seqal da öz təəssüratlarını bölüşərkən demişdi ki, o, Azərbaycana İlham Əliyevin təklifi ilə gəlib.

"Prezident İlham Əliyev mənə Azərbaycanda işləməyi və yüksək dərəcəli idmançılar yetişdirməyi təklif edib. Mən də, ölkənizdə ustad dərslərinin verilməsi ilə bağlı təkliflə razılaşdım. Əminəm ki bütün bunlar yüksək nəticə verəcək. Yaxın zamanda yenidən ölkənizə gələcəm",- deyə Hollivud ulduzu bildirib.

O "Krystal Hall" həmçinin ustad dərsləri də verib.



Stiven Siqalın verdiyi dərs

Stiven Siqal dünən saat 16-da ölkəmizdən ayrılıb.

Tanınmış aktyor həmçinin İçərişəhərlə də tanış olmuş, burada təndir çörəyinin dadına baxmışdı.


Görkəmli aktyor təndir çörəyinin dadına baxır

Daha sonra prezident İlham Əliyevlə görüşmüşdü. Ölkə başçısı ilə görüşü zamanı Azərbaycana səfərindən böyük məmnunluq hissi keçirdiyini bildirən Stiven Siqal ölkəmizdə gördüklərinin onda dərin təəssürat yaratdığını demişdi.

Aktyorun sözlərinə görə, Bakıda birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunması və bu yarışlarda çoxlu sayda idmançının iştirakı onda böyük heyranlıq yaradıb. Birinci Avropa Oyunları ilə bağlı görülən işlərin misilsiz dərəcədə möhtəşəm olduğunu vurğulayan qonaq, ümumiyyətlə, Azərbaycanda qazanılan nailiyyətlərin dünyada tanıdılması və təbliğinin önəmini qeyd edib.


Stiven Siqal solda, İlham Əliyev sağda


Stiven Siqal 1952-ci ildə Amerika Birləşmiş Ştatlarının (ABŞ) Miçiqan ştatının Lensinq şəhərində əslən yəhudi ailəsində doğulub.

O,1988-ci ildən başlayaraq filmlərə çəkilməyə başlayıb. Onun iştirak etdiyi filmlərin sayı 23-dür.

Stiven Siqal "Ən pis aktyor" kateqoriyasına görə "Ölümcül təhlükə" (1994), "Məhv etmə qərarı" (1996), "Cinayət dünyasından yanğın" (1997), "Nə sağ, nə də ölü" (2003) filmlərində Qızıl Moruq Mükafatına layiq görülüb.

1999-cu ildə isə aktyor "PETA Humanitar Mükafatına" layiq görülüb.

Stiven Siqal vegeterandır, buddizm dininə bağlıdır, boyu 193-sm-dir.