İham Əliyev də Moskvadakı məscidin açılışına qatıla bilər

22 Sentyabr 2015 23:50 (UTC+04:00)

AzNews.az report-a istinadən xəbər verir ki, mərasim sentyabrın 23-də müsəlmanların müqəddəs Qurban bayramı ərəfəsində keçiriləcək.

Məlumata görə, tədbirdə Rusiya və Türkiyə prezidentləri ilə yanaşı Azərbaycan, Səudiyyə Ərəbistanı, Fələstin, İordaniya, Qətər, Küveyt, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Tacikistan, İran və digər ölkə liderlərinin iştirakı gözlənilir.

Məscidin açılışı və Qurban bayramı münasibəti ilə 23-24 sentyabr tarixlərində Moskvanın müəyyən küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.

Moskva Cümə məscidi tutumuna görə Avropada müsəlmanların ən böyük ibadət ocağı olacaq. Onun sahəsi təqribən 19 kv. m təşkil edəcək.