Elmar Məmmədyarov BMT Baş Məclisinin sessiyasında çıxış edəcək

23 Sentyabr 2015 09:31 (UTC+04:00)

Azərbaycan Xarici İşlər Nazirliyindən AzNews.az-a verilən məlumata görə, səfər çərçivəsində nazir Elmar Məmmədyarovun BMT Baş Məclisinin 70-ci sessiyasının ümumi müzakirələr hissəsində çıxışı, sessiya çərçivəsində keçiriləcək toplantılarda iştirakı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.