Əflatun Amaşovun namizədliyi qeydə alındı

23 Sentyabr 2015 10:01 (UTC+04:00)
AzNews.az Mərkəzi Seçki Komissiyasının (MSK) saytına istinadən xəbər verir ki, bitərəf namizəd olan Əflatun Amaşov 62 saylı Saatlı seçki dairəsindən qeydə alınıb.

Qeyd edək ki, Əflatun Amaşov ilk dəfədir ki, parlament seçkilərinə qatılır.

Yeni Azərbaycan Partiyası (YAP) həmin seçki dairəsindən Nazim Rəşidovun namizədliyini irəli sürüb.

Sevinc Yasinqızı
AzNews.az