Siyavuş Novruzovun namizədliyi qeydə alındı

23 Sentyabr 2015 10:33 (UTC+04:00)


AzNews.az Mərkəzi Seçki Komissiyasının (MSK) saytına istinadən xəbər verir ki, YAP-ın namizədi olan Siyavuş Novruzov 5 saylı Şahbuz-Babək seçki dairəsindən qeydə alınıb.

Qeyd edək ki, 2000-ci ilin noyabrında Milli Məclisə keçirilən seçkilərdə 5 saylı Şahbuz-Babək seçki dairəsindən deputat seçilən Siyavuş Aslanov o vaxtdan indiyədək parlamentin üzvüdür. O, 2000, 2005 və 2010-ci il deputat seçkilərində iştirak edərək qalib olub.

Sevinc Yasinqızı
AzNews.az