Suriya problemi İranda müzakirəyə çıxarıldı

23 Oktyabr 2012 07:12 (UTC+04:00)
Rusiya prezidenti Vladimir Putinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Boqdanov Tehrana səfər edib. AzNews.az-ın İran mətbuatına istinadən verdiyi xəbərə görə, işgüzar səfər çərçivəsində Boqdanov İran Xarici İşlər naziri Əli Əkbər Salehi ilə görüşüb.

Tərəflər Yaxın Şərq, Şimali Afrika və körfəz ölkələrində baş verən hadisələri müzakirə ediblər. Əsas müzakirə mövzularından biri isə, Suriya ətrafında cərəyan edən hadisələr olub. Hər iki tərəf qaçqınların artmasından narahatlıqlarının ifadə edib və bildiriblər ki, Suriya məsələsi yaxın zamanlarda sülh yolu ilə həllini tapmalıdır.

Sadiq Musa
AzNews.az