Əsl bayram havası olacaq - 30 dərəcə isti...

23 Sentyabr 2015 13:00 (UTC+04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzNews.az-a verilən məlumata görə, Bakıda gecə 19-21, gündüz 28-30 dərəcə isti olacaq.

Bölgələrdə hava şəraiti əsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-21, gündüz 28-33, dağlarda gecə 10-15, gündüz 23-28 dərəcə isti olacaq.