Azərbaycanın ərazi sularında üzmə qaydaları dəyişdi

23 Oktyabr 2012 07:21 (UTC+04:00)
Nazirlər Kabineti "Azərbaycan Respublikasının ərazi sularında üzmə Qaydaları"na dəyişikliklər edib. NK-nin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, dəyişikliyə əsasən qaydalara gəmilərin "Gəmi və Liman vasitələrinin Mühafizəsi haqqında beynəlxalq Məcəllə"nin və "Əmniyyətli İdarəetmə haqqında beynəlxalq Məcəllə"nin tələblərinə uyğun olması haqqında səhadətnamələri əlavə olunub.

Eyni zamanda gəmi tarixinin fasiləsiz qeydlər sənədi, bunker yanacağı ilə çirklənmə nəticəsində vurulan zərərə görə mülki məsuliyyətlə bağlı sığorta və ya digər maliyyə təminatı haqqında sertifikat da qaydalara daxil edilib.

Elnarə Əlosmanqızı
AzNews.az