Uşaqlar üçün yeni tamaşa - “Cəsurlar“

23 Sentyabr 2015 16:04 (UTC+04:00)

Teatrdan AzNews.az-a verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru Xalq artisti Zülfüqar Abbasov, quruluşçu rəssamı Yusif İmamverdiyev, musiqi tərtibatı Elnur Rəsulov, rəqslərin quruluşçusu Eyvaz Əliyevdir.

Tamaşada əsas rolları Hüseyn Mustafayev, Ceyhun Əhmədov, Aytən Allahverdiyeva, Asim Məmmədov, Elmira İbrahimova, Leyla Cavadova, Firuz Hacıyev və başqaları ifa edib.

Qeyd edək ki, tamaşa oktyabrın 1-də təhvil veriləcək.



Bahar RÜSTƏMLİ
AzNews.az