AZAL əl yükünün icazə verilən çəkisini artırdı

23 Sentyabr 2015 17:08 (UTC+04:00)

AZAL-ın mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, bundan sonra ekonom sinfin sərnişinləri çəkisi 8 kiloqrama, biznes sinfin müştəriləri isə çəkisi 15 kiloqrama qədər olan əl yükünü özləri ilə götürə bilərlər.

Əvvəl əl yükünün icazə verilən maksimum çəkisi 5 kiloqram idi.

"Azərbaycan Hava Yolları"nın reyslərində əl yükünün ölçüləri 55x35x20 santimetrdən çox olmamalıdır.