Gürcüstanda rüşvətxor azərbaycanlı saxlanıldı - Məktəb direktoru imiş

23 Sentyabr 2015 18:47 (UTC+04:00)


AzNews.az-ın məlumatına görə, oxu.az "Qruziya-onlayn"a istinadən xəbər verir ki, istintaq müəyyən edib ki, Zakir M. beşinci sinif təhsili olan şəxsə 500 dollar müqabilində imtahan vermədən doqquzuncu sinfi bitirməsini təsdiqləyən attestatın verilməsini vəd edib. Əvvəlcədən isə ondan 250 dollar alıb.

2015-ci ilin sentyabr ayının 22-də Zakir M. vətəndaş üçün attestat hazırlayaraq qalan 250 dolları da alıb, elə bu məqamda da ittiham edilən şəxs qismində saxlanılıb.

Gürcüstan Cinayət Məcəlləsinin 338-ci maddəsinin 1-ci bəndi - rüşvət alma faktı üzrə istintaq aparılır, bu cinayət üçün nəzərdə tutulan cəza müddəti 6 ildən 9 ilə kimi azadlıqdan məhrumetmədir.

İstintaqı Dövlət Təhlükəsizlik Xidmətinin korrupsiya əleyhinə mübarizə agentliyi aparır.