Ana və 8 yaşlı övladını maşın vurdu

23 Sentyabr 2015 19:18 (UTC+04:00)

AzNews.az xəbər verir ki, rayon sakinlərinin Publika.az-a verdiyi məlumata görə, hadisə bu gün təxminən saat 11-12 arası Nerecan kəndində qeydə alınıb.

Sürətlə hərəkət edən avtomobil yolu keçən qadın və onun 8 yaşlı övladını vuraraq hadisə yerindən qaçıb.

Ana-bala xəstəxanaya yerləşdirilib. Qəza zamanı ikinci sinif şagirdi baş-beyin travması alıb. Valideynin isə ağır vəziyyətdə olduğu bildirilir.