“İŞİD İslama ləkədir” - Vladimir Putin
23 Sentyabr 2015 19:52 (UTC+04:00)
AzNews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, dövlət başçısı İŞİD-i İslam dininə ləkə olduğunu bildirib.
Putin radikal qruplaşmaya qarşı mübarizə apardıqlarını bildirib:
"Barbarlarla mübarizə çox əhəmiyyətli. Çünki, siyasi məqsədlər üçün dini duyğulardan istifadə edirlər. Bu gün Yaxın Şərqdə nələrin yaşandığını görürük. İŞİD İslam dininə bir ləkədir. Qruplaşma nifrət toxumu əkir. Rusiya müsəlman liderləri qəhrəmancasına və qorxmadan bu radikal təbliğata qarşı mübarizə edir".