Yoldakı dəmir səddlər daha bir qəzaya səbəb oldu - Sürücü yaralandı (Foto)

23 Sentyabr 2015 20:31 (UTC+04:00)

AzNews.az xəbər verir ki, metrostansiyanın yaxınlığında yerləşən körpü ilə hərəkət edən VAZ 2107-nin sürücüsü idarəetməni itirib. Nəticədə yol qırağında çəkilmiş dəmir səddlərə dəyib. Avtomobilin ön hissəsi ciddi şəkildə zədələnib və sürücü xəsarət alıb.

Üzü Zabrat istiqamətində, Sabunçu körpüsü üzərində böyük tıxac yaranıb.

Xatırladaq ki, bir neçə gün əvvəl Bakı-Sumqayıt yolunda da oxşar hadisə baş vermişdi. "Ford" markalı mikroavtobus dəmir səddlərə çırpılmışdı, nəticədə 3 nəfər ölmüş, 9 nəfər isə yaralanmışdı.