Sürücülərə şad xəbər - Təmirə bağlanan yol istifadəyə verildi (Video)

23 Sentyabr 2015 23:19 (UTC+04:00)

AzNews.az-ın ANS TV-yə istinadən məlumatına görə, söhbət Binəqədi rayonu Atatürk prospektinin Səttar Bəhlulzadə küçəsinin kəsişməsindən Əcəmi Naxçıvani küçəsinin kəsişməsinədək hər iki istiqamət üzrə olan hissədən gedir. Həmçinin yolun Şövkət Məmmədova küçəsinin Əcəmi Naxçıvani küçəsinin kəsişməsindən Cəfər Xəndan küçəsinin kəsişməsinədək olan hissəsi və Əcəmi Naxçıvani küçəsinin Ağa Sadıq Gəraybəyli küçəsinin kəsişməsindən Atatürk prospektinin kəsişməsinədək olan hissəsilərində də işlər tamamalanır. Burda hərəkət intensivliyi nəzərə alınaraq təmir işləri qısa müddət ərzində, yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılıb. "Azəryolservis" ASC tərəfindən sözügedən küçələrin ümumilikdə 970 metrlik hissələrində təmir-tikinti işləri aparılıb.

"Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli qeyd edib ki, təmir işləri zamanı köhnə asfalt örtüyünün üst qatı qaşınıb, əvəzinə yeni asfalt-beton örtüyü döşənir. Ümumilikdə 14500 kvadrat metr sahəyə yeni asfalt beton örtüyünün döşənməsi planlaşdırılır. Bundan başqa təmir-tikinti işləri zamanı zəruri olan yerlərdə səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulan yağış barmaqlıqları də dəyişdirilıb. Kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenilənib.

Rəyini öyrəndiyimiz sürücülər də yolun təmir olunmasını müsbət amil kimi qiymətləndirdilər. Təmir işləri çərçivəsində 1500 paqon metr köhnə səki daşı yenisi ilə əvəzlənib, yol kənarları və piyada səkiləri asfalt-beton örtüyü döşənərək, abadlaşdırılıb. Analoji işlər bundan sonra da davam etdiriləcək.