Məkkədəki faciəyə Kralın oğlu səbəb olub - FOTO

24 Sentyabr 2015 23:19 (UTC+04:00)

Ölənlər arasında Türkiyə vətəndaşı olmasa da onlardan 18 nəfərin aqibəti məlum deyil. İran İslam Respublikasının isə 96 vətəndaşı dünyasını dəyişib.

AzNews.az-ın faktxəbər-ə istinadən məlumatına görə, ərəb mediası faciəyə səbəb kimi Kral Salmanın oğlunu göstərir.

Belə ki, Məhəmməd bin Salmanın kortejinin keçdiyi üçün zəvvarların yolu bağlanıb və zəvvarlar da məcbur olub əks yolla hərəkət etməyə başlayıblar. Elə bu zaman insan kütləsinin çoxluğu yaranıb və qarşılıqlı hərəkət edən kütlələr arasında tələfat baş verib.

Qeyd edək ki, bundan əvvəlki kran faciəsi də Məhəmməd bin Salmanın rəhbərlərindən olduğu şirkətlərdən birinin səhlənkarlığı nəticəsində baş vermişdi.