“Bank Technique” məhkəməyə verildi - Kredit borcuna görə
25 Sentyabr 2015 18:00 (UTC+04:00)
AzNews.az "Report"a istinadən xəbər verir ki, "Azərinşaat" pul vəsaitlərinin hesaba köçürülməsi barədə öhdəliyin qoyulmasını tələb edir. İddia olunan kredit borcunun məbləği açıqlanmır.
İddiaya 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.
Qeyd edək ki, "Azərinşaat" Azərbaycanda birinci dərəcəli yolların tikintisi ilə məşğul olan şirkətdir. Mətbuatda yayılan məlumata görə, şirkət Lənkəran-Masallı avtomobil yolunun çəkilişi layihəsində çalışan 250 işçisinə 4 aydır ki, maaş vermir. "Azərinşaat"ın ümumilikdə isə 2 milyon manata yaxın borcunun olduğu deyilir. Şirkətin rəhbəri Mehdi Əliyev bu ilin may ayında həbs olunub. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə M.Əliyev barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
"Bank Technique" isə 1994-cü ildə "Rəşadbank" adı altında fəaliyyətə başlayıb, 4 il sonra "Texnika Bank", 2012-ci ildən isə "Bank Technique" adlandırılıb.