Kral Məkkədəki faciə bağlı tapşırıq verdi - Təcili iclas

25 Sentyabr 2015 21:48 (UTC+04:00)


AzNews.az-ın məlumatına görə, qafqazinfo xarici KİV-ə istinadən xəbər verir ki, Kral Səlman bin Əbdüləziz təhlükəsizlik nümayəndələrini qəbul edib.

Kral yığncaqda Məkkədə tətbiq olunan layihə və planların təkrar nəzərdən keçirilməsinin lazım olduğunu bildirib.

Səlman bin Əbdüləziz qəzada yaralananların Mina, Müzdəlifə, Ərafat və Məkkədəki xəstəxanalara təcili yardım və helikopetlərlə daşındığını qeyd edib. Ərəbistan kralı onlara daha çox diqqət və qayğı göstərilməsi barədə tapşırıq verib.

Qeyd edək ki, Məkkədə ötən gün baş verən izdiham zamanı 753 nəfər ölüb, 887 nəfər yaralanıb.