PKK-ya güclü zərbə - 1337 terrorçu öldürüldü

25 Sentyabr 2015 22:59 (UTC+04:00)

AzNews.az Publika.az-a istinadən xəbər verir ki, Şimali İraqda və ölkə daxilində keçirilən əməliyyatlarda 1337 terrorçu öldürülüb.

Hava əməliyyatları ilə təşkilatın bir çox təlim düşərgəsi yerlə-yeksan edilib. Terror təşkilatının Şimali İraqdakı üzvlərinin üçdə ikisindən çoxu zərərsizləşdirilib.