Cavid Qurbanovun sürücüsü ilə bağlı şok iddia

23 Oktyabr 2012 07:55 (UTC+04:00)


Bu gün "Gündəm Xəbər" qəzeti deputat Cavid Qurbanovun sürücüsü ilə bağlı redaksiyaya daxil olan müraciəti dərc edib. AzNews.az olaraq biz də sözügedən yazının cəmiyyətdə kifayət qədər rezonans doğurduğunu nəzərə alıb onu oxuculara təqdim edirik.

"Yazıb sizə çox önəmli bir məlumatı çatdırmaq istərdim. Son vaxtlar sosial şəbəkələrdə Mahir Quliyevlə bağlı (Lənkərani) bəzi məqalalar dərc olunur. Amma, oxucularınızı kifayət qədər valeh edən tam səkildə heç bir dəqiq məlumat yoxdur. Mən Cavid Qurbanovun ailəsini, ətrafını, yaxınlarını, Mahir Quliyevi (Lənkaranini) və Mehdi Eldarovu çox gözəl tanıyıram onların bütün əməllərindən xəbərdaram. Onun barəsində məndə çox önəmli məlumatlar var. Mahir Quliyev 2000-ci illərdən Azəriyol servisin şefi Cavid Qurbanovun yanında çalışıb. O, həmin müddətdə çox kasıb bir insan olub. Hardasa 2005 ci ildən bəri onun həyatında maddi cəhətdən çox mühüm dəyişikliklər oldu. 500 ABS dollarına xidmət göstərən Mahir Quliyev öz sərvətini necə artırdığını hamıdan gizli saxladı. Mənbəyi bilinməyən bu sərvətin Mahirin əlinə hardan keçməsi hamıya çox maraqlı idi.

Milyonlarla ölçülən kapital

Mahir Quliyev 2005-ci ildən bu günə kimi sərvətinə hər il sərvət qatıb. Maddi durumu çox geniş olan Mahir Quliyev Süvalanda 5 milyon manatlıq torpaq sahələri alıb. Gəncə şəhərində dəyəri 2 milyon manat olan ferma tikdirib. Bir çox yeni tikilmiş binalardan 2-3 mənzili alıb və arasını açıb birləşdirib ən son texnologiyalarla təchiz olunmuş əşyalar yerləşdirib. Novxanı və Qurd dərəsi bağlarında hektarlarla torpaq alıb və içində çox möhtəşəm villalar ucaldıb.

Bahalı nömrə nişanlı avtomobillər

Bildiyimiz kimi dövlət nömrə nişanlarından 10-??-010 olan nömrələr miqdarca ən bahalı nömrələrdir. Mahir Quliyevin həmin nömrələrdən 4 dənəsi bahalı-bahalı avtomobil markalarının üstünə bağlanılıb. Onlardan mənə məlum olanları 10-DO-010, 10-DU-010, 10-CC-010 dur. Bununla belə başqa bahalı Mahirə məxsus dövlət nömrə nişanları var. 10-CH-100, 10-ZZ-800, 10-CO-003 dövlət nömrə nişanlarıdır. Sadaladığım dövlət nömrə nişanlarının hamısı ən son model bahalı avtomobillərinin üzərindədir. Sizcə 500 ABS dolları maaşla bu şəraiti qurmaq olarmı?
Silah mağazalarından 10 cürə bahalı-bahalı odlu silahlar alıb. Mahir Quliyev 7 dəfə həcc ziyarətində (Məkkədə) olub. Hamıya məlum olduğu kimi bu həcc ziyarəti minimum 5000 manata başa gəlir. Mahir Quliyevin dünyada gəzmədiyi ölkə yoxdur. Onu da qeyd edim ki, onun övladlarının 2-si də xaricdə illiyi 60 min avro olan pullu kolleclərdə təhsil alırlar. Ona məxsus qiyməti 50 min avro olan motosikleti var. Avtobus sərnişin marşrutunda 10-larla bahalı avtobus markaları var. Bina və yol tikintilərində istifadə olunan ağır təchizatlı texnikalarından və mikserlərinin sayı-hesabı yoxdur. Sizcə 500 ABS dolları maaşla bunlara sahib olmaq mümkündürmü?

Eyş-işrət məclisləri

Mənim rəfiqələrimdən və özüm topladığım ən vacib məlumatlardan biri də odur ki, Mahir Quliyev hərəsi 15 min AZN olan 50-yə yaxın qızın bakirəliyini əllərindən alıb. Öz tanşlarının içində Hacı Mahir ləqəbi ilə tanınan Mahir Quliyev hacı olduğuna görə spirtli içki qəbul eləmir, lakin rəfiqələrimizin və tanış xanım dostlarımızın yanında əhli-kef məclislərində marixuanna deyilən ot tərkibli narkotikdən dəfələrlə istifadə edib. Həmin əhli-kef məclislərində hətta belə xarici ölkələrdən gəlmiş xanım masajistlər çox olub. Onu da qeyd edim ki, masajistkalarının hər biri 2500-3000 avroya Azərbaycana gəlib masaj xidməti göstərir. Ayda minimum 2-3 dəfə belə hallar olub.

Ağlagəlməz biznes

Rəfiqələrimiz hər dəfə Hacı Mahirə sual verəndə ki, bu qədər var dövlətin ola-ola niyə hansısa möhtərəm şəxslərin yanında sürücü işləyirsən? Cavabında isə o həmişə deyirdi ki, mən möhtərəm şəxsin yanında ona görə sürücü kimi xidmət göstərirəm ki, hökumətin mənim qazancımın hansı yolla qazanıldığını araşdıra bilməsin. O deyirdi ki, mənim çox güclü, ağıla gəlməz biznesim var. Mənə və rəfiqələrimizə doğurdan da çox maraqlı idi ki, işlədiyi idarənin şefinin özünə və oğluna məxsus olan çox bahalı avtomobillərdən də qat-qat bahalı olan maşınlar Mahir Quliyevin villasının qarajında dayanır. Ona sual verəndə ki, ay Hacı bəs sənin möhtəşəm dediyin o biznes nə biznesidir? Cavabında həmişə bildirirdi ki, heç kimin ağlı kəsməyən, ağıla gəlməz bir biznesdir.
Mahir Quliyevin biz bilmədiyimiz, bizə məlum olmayan çox var-dövləti var. Sosial şəbəkələrdə onun İranda gizləndiyi çap olunur. O hazırda Türkiyədə yüksək mərtəbəli binalar və otel biznesi ilə məşğuldur. Onunla bahəm Dubay şəhərində onun bir neçə qızıl-zinət, lombard mağazaları var.

Mehdi Eldarov kimdir?

Mahir Quliyevlə birgə çalısan cangüdən kimi tanınan Eldarov Mehdi haqqında da şok məlumatları çatdırmaq istərdim. Eldarov Mehdi Mahirdən fərqli olaraq 2002-ci ildən bəri "Azəriyolservis"in rəhbəri Cavid Qurbanovun yanına Mahir Quliyevin köməkliyi ilə cangüdən vəzifəsinə təyin olunub. Sizə maraqlı deyilmi niyə ancaq adı çəkilən rəhbərin yanında çalışan 6 cangüdən və 2 sürücüdən ancaq Mahir Quliyev və Eldarov Mehdi çox imkanlıdır və böyük maddi sərvətə malikdirlər? Niyə məhz 2 dost 2 sumqayıtlı 2 məşq yoldaşı bu möhtərəm şəxsin yanına işə giriblər? Bu möhtəşəm sərvətin banisi və mənbəyi görəsən Cavid Qurbanovdur, yoxsa Mehdi?
Mehdi Eldarov haqqında danışaq.

Həcc ziyarətində olmaya-olmaya bütün tanışları ətrafını əhatə edənlər onu Haci Mehdi adı ilə tanıyırlar. Haci Mehdi Eldarov Mahirdən fərqli olaraq çox da yüksək bahalı qiyməti olan avtomobillərdən istifadə etmir. Amma bahalı dövlət nömrə nişanlarından istifadə edir. Bunlardan 10-OU-800, 50-CF-800, 10-ME-666 və bizə məlum olmayan başqa bahalı dövlət nömrə nişanlarıdır. Mehdi Eldarovun da həmçinin, Bakının bir çox yeni tikilən binalarında onlarla böyük kvadratlara malik mənzilləri var. Bu şəxs də həmçinin, dünyanın çox ölkələrini gəzib, dolanıb istirahət edib. Mehdinin də özünə məxsus şəxsi qiyməti bahalı (5000 AZN) dəyərində bir neçə odlu silahı var. Görəsən, Mahir və Mehdi bu odlu silahlardan nə üçun istifadə edirlər? Mehdi Mahirdən fərqli olaraq qız (xanım) düşgünüdür. Onunla tanış olan hər bir rəfiqəmizə tanış olan gündən ta ki, axıra kimi bahalı mobil telefonları, bahalı sim nömrələr, bahalı notbooklar, qızıl, brilliyant- zinət əşyaları, bahalı sport avtomobillər, bəzilərinə də yeni tikilən binalardan evlər alıb hədiyyə edib. Onun sosial şəbəkələrdə olan profillərdən odnoklassniki, facebook, mail.ru və başqa profillərinə göz gəzdirsəniz onun tanış olduğu hər bir xanımla olan münasibətin pul gücünə qurulduğuna şahid olacaqsınız. Sizcə 500 dollar maaşla bütün sayılanları əldə etmək mümkündürmü? Rəfiqələrimizin bir çoxu onu cangüdən, bir çoxu isə polis nəfəri kimi tanıyır. Bu yalançı Hacı olduğuna görə əhli-kef məclislərində viski deyilən bahalı içkilərdən hərdən də marixuanna deyilən narkotik vasitəsindən istifadə edir. Hər bir ayın o günü yoxdur ki, işdən azad olan vaxtı minimum 500 AZN-ə gecəni səhərə kimi yanında xanım qonağını saxlayır. Bakı şəhərində məşhur otellərin hər birində istirahət edir. Rəfiqələrimiz Hacı Mehdidən hansı bizneslə məşğul olduğunu soruşanda o sualı cavablandırmaqdan yayınıb. Mən bu məlumatı sizə göndərməkdə çox böyük bir məqsədim və ona qarşı olan kinimdi.

Qadın düşkünü

Mənim bacımın o pul müqabilində 25 min AZN-ə bakirəliyini əlindən alıb. Bakirəliyini əlindən aldıqdan sonra ona verdiyi vədlərin üstündə durmayıb. Onu da qeyd edim ki, o bakirəliyini pulla satın aldığı qızların hər birinə bahalı maşınlar və mənzillər alıb bağışlayıb, onların hər biri üçün adam tapıb saxta toylar eləyib. Onu tanıyan bütün ətrafı Hacı Mehdini milyoner polis rəisi kimi tanıyır. Hacı Mehdiyə də məxsus dəyəri milyonları aşan hektarlarla torpaq sahələri var. Bu su axarı ilə gələn pulun mənbəyi Cavid Qurbanovla bağlıdır? 500 dollar maaşla bütün bunları əldə etmək olarmı? Tanışlarımızın və mənim bu pul mənbəyi barəsində bir çox fikirlərimiz var.
1.Narkotik alveri.
2.Qanunsuz silah alveri.
3.Dini qruplaşmalarda olan mühüm vəzifələri.
4."Abnoliçhka" deyilən bank əməliyyatı.
5.İnsan oğurluğu və daxili orqanların biznesi.
6.Bir dənə sonuncu şübhə yeri qalır ki, o da Cavid Qurbanovun kassasından oğurlanıb əldə olunan pullar.

Doğurdan da çox maraqlıdı ki, bu 6 can güdəndən niyə məhz Mehdi Eldarov və sürücülərdən isə Mahir Quliyev belə mala-mülkə sahibdir. Onlarla bahəm işləyən işçilərin hər biri öz aldıqları maaşlarına qane olurlar və heç birinin bunlarda olduğu kimi malı-mülkü, torpağı və bahalı maşınları yoxdur.
Cavid Qurbanov hara baxır?
Mənim Cavid Qurbanova çox böyük sayğım hörmətim var. Çünki mən uzun illər o ailənin içində olmuşam. Açığı belə bu cür işçilərlə onun əlbir olmağı mümkünsüzdür. Amma niyə bu günə kimi Cavid Qurbanov bunların bu cür əməllərinə göz yumub yada ki, görməyib. Belə əxlaqsız, yersiz davranışlara malik olan işçilər bu möhtərəm şəxsin adına hər cürə ləkəni gətirə bilər. Əgər sizə maraqlıdırsa mən Eldarov Mehdinin əl telefon nömrələrini sizə yaza bilərəm. (Onun məşhur mobil telefon nömrələri göstərilir). Onun məşhur olan nömrələrində yoxlama aparılsa, göz gəzdirilsə bu nömrələrin hər biri "rominq" deyilən xidmətdən istifadə olunaraq xarici ölkələrdə daima istifadədədir. Onun hətta belə xarici pasportuna göz gəzdirsəniz hansı ölkələrdə istirahət etdiyi sizə məlum olacaq. Bu məlumat sizin əlinizə çatan kimi araşdırıb dərc etmənizə əminəm.

AzNews.az