Tanınmış yazardan maraqlı - TƏKLİF

26 Sentyabr 2015 17:29 (UTC+04:00)

Gənc yazar facebook sosial şəbəkəsindəki şəxsi profilində belə bir status paylaşıb:

"Milli Məclisə, Təhsil Nazirliyinə və mövzu ilə bağlı digər səlahiyyətli qurumlara təklifim var. Yapon məktəbindən çəkilmiş bu şəkildə çox ibrətamiz metoddan istifadə edilir: partaya qoyulmuş süni maneə şagirdlərin yazı yazarkən qarşı tərəfə çox əyilməsinə imkan vermir və bununla da onların onurğa sütununun düzgün inkişafı təmin edilir. Azərbaycanda da bu üsuldan istifadə edilərsə, çox sevindirici olar. Beləliklə, sağlam gələcəyimizi formalaşdırmaq üçün çox önəmli bir addım atmış olarıq.



Qlobal yeniliklərin, inkişaf edən texnologiyaların müasir insanı daha çox oturaq işə vadar etdiyi bir dövrdə bel-onurğa xəstəliklərinin kəskin artması bütün dünyada olduğu kimi, Azərbaycanda da qabarıq şəkildə hiss edilir. Bu fəlakətin qarşısını almaq üçün indidən tədbirlər görməliyik ki, sonra bədəlini ağır şəkildə ödəməyək", - deyə Əvəz Qurbanlı öz statusunu tamamlayır.