Bakıda gəlin evi yandırdı, özünü də binadan atıb öldürdü - FOTO

26 Sentyabr 2015 17:44 (UTC+04:00)

AzNews.az-ın musavat.com-a istinadən məlumatına görə, 1983-cü il təvəllüdlü Adıgözəlova Könül Əli qızı yanğın zamanı həyəcanlanıb və nəticədə özünü yaşadığı binanın 9-cu mərtəbəsindən atıb.

Mərhumun ailəsinin verdiyi məlumata görə, evdə baş vermiş yanğını K.Adıgözəlovanın özü səbəb olub. O, qayınanası yatan zaman evdə olan cehizlərini yandırıb və daha sonra özünü 9-cu mərtəbədən atıb.

İntihar edən K.Adıgözəlovanın atası bildirib ki, artıq iki ilə yaxındır ki, qızının ailəsində problemlər yaşanırdı: "Qızımı onlar öldürdü. İki ildir ki, qızıma əziyyət verirdilər, günahkar onlardır " - deyə mərhumun atası bildirib.