Məkkə faciəsinə səbəb olan şahzadə korteji - VİDEO

26 Sentyabr 2015 17:53 (UTC+04:00)
AzNews.az-ın avtosfer.az-a istinadən məlumatına görə, bu gün mətbuata sızmış videodan aydın olub ki, yolun bağlanmasına səbəb həqiqətən də kralın oğlu, şahzadə Məhəmmədin korteji ola bilər.

Xatırladaq ki, Məkkədəki faciənin ilk günü verilən xəbərə görə, faciə baş verən məkanın yaxınlığındakı əsas yollardan birinin bağlanması səbəbindən hacılar uzun müddət ziyarətə qoşulmaq üçün gözləməli olublar.

Yolun açılmasından sonra isə gözləyən insanların sayının çox olması və onların hamısının birdən hərəkət etməsi səbəbindən sıxlıq yaranıb və məlum faciə baş verib.