Avtomobil piyadanı vurdu - Göygöldə

26 Sentyabr 2015 18:59 (UTC+04:00)

AzNews.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Bayraq Meydanı ərazisində qeydə alınıb.


Rayon sakini, 1978-ci il təvəllüdlü Hafiz Balaxanov yolu keçmək istəyərkən "QAZel" markalı yük avtomobili tərəfindən vurulub. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.


Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.