Sarkisyan Qarabağla bağlı bəyanat verdi

26 Sentyabr 2015 19:23 (UTC+04:00)

AzNews.az Oxu.Az-a istinadən xəbər verir ki, işğalçı dövlətin başçısı bu barədə sentyabrın 26-da, qondarma "erməni soyqırımının 100 illiyinə həsr olunmuş" tədbirlərin koordinasiyası üzrə dövlət komissiyasının iclasında bildirib.

"Ermənistan - mən Ermənistan deyəndə isə Dağlıq Qarabağı onun ayrılmaz hissəsi kimi nəzərdə tuturam - planetin ən hərbiləşmiş ərazilərindən biridir", - deyə, Ermənistan prezidenti bəyan edib.

Qeyd edək ki, bu bəyanatla Sarkisyan rəsmi olaraq Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalını etiraf etdi.

İndiyədək Ermənistanın rəsmi şəxsləri bildirirdilər ki, Dağlıq Qarabağ "regionun sakinlərinin iradəsi ilə Azərbaycandan ayrılıb və münaqişənin nizamlanması üzrə danışıqlarda müstəqil tərəf kimi çıxış etməlidir".