İsa Qəmbərin imza vərəqələri qəbul edilmədi

26 Sentyabr 2015 19:27 (UTC+04:00)
AzNews.az partiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi Sərəncam İbrahimlinin verdiyi məlumata görə, sənədlərin doğruluğu yoxlanılıb arayış hazırlandıqdan sonra DSK sədri deyib ki, "Mərkəzi Seçki Komissiyasında fəaliyyət göstərən dövlət avtomatlaşdırılmış informasiya sistemi dairə seçki komissiyasından ötürülən məlumatları qəbul etmək imkanında olmadığına görə biz sənədləri bu gün qəbul edə bilmirik".

Beləliklə, Müsavat Partiyası tərəfindən namizədliyi irəli sürülən İsa Qəmbərin imza vərəqələri və digər sənədlər dairə seçki komissiyası tərəfindən qəbul olunmayıb.

Halbuki Seçki Məcəlləsinə əsasən seçki kampaniyası dövründə dairə seçki komissiyaları və Mərkəzi Seçki Komissiyasının bütün strukturları hər gün bütün iş saatlarında işlək vəziyyətdə olmalıdır. Hər hansı bir strukturun işlək vəziyyətdə olmaması namizədlərin hüququnun pozulmasına səbəb olmamalıdır.