Baloğlan Əşrəfov qəzadan danışdı: “Maşınım tanınmaz haldadır“

26 Sentyabr 2015 20:27 (UTC+04:00)

Hadisə bu gün saat 14.30 radələrində Biləsuvar rayonu ərazisində qeydə alınıb.

Müğənni yol qəzasına düşməsinin təfərrüatlarını AzNews.az-a danışıb. Onun sözlərinə görə, "Hyundai" markalı avtomobil qəfildən qarşısına çıxıb. Hadisə nəticəsində müğənninin ayağı sınıb: "Hazırda ayağım gipsdədir. Həkimlər müayinə etdilər. İndi evdəyəm. Vəziyyətim yaxşıdır. Avtomobilim tanınmaz vəziyyətdədir. Amma əsas odur ki, özüm sağ-salamatam".

B.Əşrəfovun sözlərinə görə, qarşı tərəfdən heç kimə ağır xəsarət dəyməyib.

Bahar