“ABŞ Rusiyanın köməyinə möhtacdır” - VİDEO

27 Sentyabr 2015 19:24 (UTC+04:00)

AzNews.az-ın ANS TV-yə istinadən məlumatına görə, Rusiya və Amerika prezidentlərinin görüşünün tərəflərdən hansının təşəbbüsü ilə baş tutacağı məsələsinə hələ ki, tam aydınlıq gətirilməyib.

Amerika tərəfi bunun Kremilin təkidlərilə baş tutacağını bəyan etdiyi bir vaxt rəsmi Moskva bu görüşün qarşılıqlı razılaşma ilə keçiriləcəyini deyir. Bəs bu görüş daha çox kimə lazımdır?

Rus siyasi ekspert Konstantin Sivkov Birləşmiş Ştatların Rusiyanın köməyinə möhtac olduğu fikrindədir: "Amerika artıq anladı ki, onun Yaxın və Orta Şərqi tək başına nəzarət altına alma cəhdi uğursuzluqla nəticələndi. Onlar bunu da gözəl anladılar ki, Rusiyaya hücum məqsədilə Ukraynada platsdarm yaratma məqsədlərinə çata bilmədilər. Luqansk və Donetskdəki müharibəni uduzdular. "İŞİD"ə qarşı tək başına mübarizəyə gücləri çatmayacağını da anladılar".

Suriya hökumətinə dəstəyini bəyan edən və bu ölkəyə hərbi yardım etdiyini gizlətməyən Moskva "İŞİD"lə mübarizə üçün Yaxın Şərqə əsgər göndərəcəkmi?

Politoloq Aleksandr Qusev bu ehtimalın da istisna olmadığına inanır: "Bu gün Suriyada üç hərbi bazamız var. Bunlardan ikisi hələ tam fəaliyətə başlamayıb. Hələ ki, ordumuzun bu ölkəyə göndərilməsinə qərar verilməyib. Biz ümid edirik ki, Suriya hökuməti terrorçulara qarşı öz gücüylə cavab verə biləcək. Ancaq ehtiyac olarsa, ora hərbçi göndərməyimiz də istisna deyil".

Siyasi ekspertlər Nyu-York görüşünün Kırımla birləşdikdən sonar dünyanın böyük dövlətləri tərəfindən təcrid edilən Rusiyaya yenidən bu dövlətlər arasına qatılma şansı verəcəyini deyirlər.

Rusiya və Amerika prezidentlərinin Nyu-York görüşündə Yaxın Şərqdə əməkdaşlıq məsələsinin müzakirə ediləcəyi gözlənilir. Bu əməkdaşlığın nədən ibarət olacağı isə hələ ki, tam olaraq bilinmir. Amma bilinən odur ki, artıq Ukrayna məsələsi Qərb ilə Rusiyanın münasibətlərində başlıca prioritet olma özəlliyini gedərək itirir.