54 yaşlı azərbaycanlı özünü asdı - Peterburqda

27 Sentyabr 2015 19:44 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, 54 yaşlı kişi sentyabrın 27-də gecə yarısı Bela Kun küçəsində yerləşən binanın mənzilində asılı vəziyyətdə tapılıb.

Mərhumu birgə kirayə qaldığı 42 yaşlı həmyerlisi aşkar edib. O özünü otaqlardan birinin çılçırağına bağladığı kəndirdən asıb. Meyitin üzərində heç bir zorakılıq və inyeksiya əlamətləri aşkar olunmayıb.

Faktla bağlı Rusiya İstintaq Komitəsinin Sankt-Peterburq üzrə İstintaq İdarəsi tərəfindən araşdırma aparılır.