İki həmvətənimiz müqəddəs torpaqda dəfn ediləcəklər -VİDEO

27 Sentyabr 2015 20:59 (UTC+04:00)

AzNews.az-ın ANS TV-yə istinadən məlumatına görə, həcc ziyarəti zamanı dünyasını dəyişən iki azəbaycanlı zəvvar - 57 yaşlı Kəklik Abbasova və 60 yaşlı Fəxrəddin Zeynalov dəfn olunmaq məqsədilə mühacirlər üçün nəzərdə tutulmuş məscidə gətirilib.

Dünyasını dəyişmiş azərbaycanlı zəvvarlar məsciddə yuyulub-kəfənləndikdən sonra dəfn olunacaq.

Qeyd edək ki, həcc ziyarəti zamanı dünyasını dəyəşən bütün mühacir zəvvarlar sözügedən məsciddən son mənzilə yola salınır.