Bakıda mənzildə meyit tapıldı

27 Sentyabr 2015 23:21 (UTC+04:00)

AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Bakının Yasamal rayonunda 1945-ci il təvəllüdlü Məmmədova Dilarə Mustafa qızının mənzildə bağlı qapı arxasında qaldığı barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb edilmiş xilasedicilər mənzilin giriş qapısını açarkən, D. Məmmədovanın cəsədini aşkar ediblər.

Cəsədi aidiyyəti üzrə təhvil verilib.