Həbsxanada kütləvi dava - Bakıda

28 Sentyabr 2015 11:04 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə "Report"a Xətai Rayon Polis İdarəsindən (RPİ) məlumat verilib.

Belə ki, 7 saylı Cəzaçəkmə Müəssisəsində 27 yaşlı məhbus Cavanşir Nəcəfov 41 yaşlı məhbus Teymur Ağayevi döyərək ona ağır bədən xəsarətləri yetirib.

Davaya digər məhbuslar da qarışıb. Faktla bağlı Xətai RPİ-də araşdırma aparılır.